Ukraynada vurulan “Boeing”in “qara qutuları” barədə açıqlama sentyabrda verilə bilər

İyulun 14-də Ukrayna ərazisində vurulan “Boeing” təyyarəsinin “qara qutuları” barədə açıqlama sentyabrda verilə bilər.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay bildirib.

Həmçinin nazir qeyd edib ki, məlumatın verilmə vaxtı araşdırmaya rəhbərlik edən Niderlanddan asılıdır.

Xatırladaq ki, “Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində olan 298 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar