“PUTİN NATO-nu OYANDIRDI” - Alyans öz üzvlərini qoruya biləcəkmi?

İngiltərənin ”The Economist” jurnalı “Putin NATO-nu oyandırdı” adlı məqalə dərc edib. AzPolitika.info aktual və maraqlı məqalənin tərcüməsini təqdim edir.

Ukraynanın şərqində gedən döyüşlər ötən həftə Vladimir Putinin ora göndərdiyi rus ordusu sayəsində daha da amansızlaşaraq, Uelsdə keçiriləcək NATO sammiti üçün tutqun bir fon yaradıb. Sammitin keçiriləcəyi vaxt Əfqanıstanda hərbi əməliyyatların başa çatmasının nəzərdə tutulduğu yanvar ayının axırına planlaşdırılmışdı. Amma buna baxmayaraq təxminən 14 min ABŞ və NATO hərbi qulluqçusu Əfqanıstan ərazisindəki yerli təhlükəsizlik qüvvələrinə kömək etmək məqsədi ilə əlavə bir neçə il də orada qalacaqlar. Cənab Putin “sayəsində” sammitin başlıca mövzusu NATO üzvlərinin müdafiəsinin təmin edlməsi məsələsi olacaq. NATO Rusiya ilə yaxın sərhəddə malik olan yeni üzvlərini bir neçə inamsız cəhdlə əmin etməyə çalışıb ki, öz nizamnaməsinin beşinci bəndində deyildiyi kimi, Alyansın hər hansı bir üzvünə edilmiş təcavüz, bütün üzvlərə qarşı hücum hesab olunur və buna müvaffiq şəkildə də NATO öz öhdəliyini yerinə yetirəcək. Lakin NATO baş katibi Andres Foq Rasmussenin enerjili fəaliyyətindən fərqli olaraq, Alyansın bir neçə üzvü (əsasən Almaniya, İtaliya və Hollandiya) Rusiyanı “təxribata çəkmək” istəməyiblər. Polşanın öz ərazisində xeyli sayda Amerikan kontingenti də daxil olmaqla, 10 min hərbçi yerləşdirilməsi xahişi onun Rusiya ilə çox yaxın sərhəddi olması səbəbinə görə qəbul edilməyib.

Xöşbəxtlikdən Putini sülhə gətirmək siyasəti özünü tükəndirdi. Ukraynanın şərqində Rusiyanın qızışdırdığı vətəndaş müharibəsi və bortunda 193 Hollandiya vətəndaşı olan Malayziya təyyarəsinin separatçılar tərəfindən vurulması avropalıların fikrini dəyişdirdi. İndi aydındır ki, Alyans düşmən əhval-ruhiyyəsinə bürünmüş Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır. Amma NATO-nun bu dəfə də çox az şey edəcəyi ehtimalı xeyli böyükdür. Çox güman ki, qarşıdakı sammit zamanı mövqeləri möhkəmləndirmək istiqamətində “təminat hazırlığı planı” təsdiq ediləcək. Bu əlbəttə ki, yaxşıdır, ancaq yetərli deyil. Nəticədə isə yüksək döyüş hazırlığı briqadası formalaşdırılacaq və Polşada iknci eşalan qoşunlarının istifadə edə biləcəyi ağır silahlar və yeni komanda mərkəzi yaradılacaq. Əgər NATO Polşanın öz ərazisində 10 min nəfərlik hərbi baza yaratmaq xahişını yerinə yetirsə idi, bu Rusiyaya qarşı daha güclü siqnal demək olardı.

Bir tərəfli hərəkət istiqaməti olan küçə

1395905511_0001Bu cür hərəkətlər Rusiya və NATO–nun 1997-ci ildə imzalanmış və soyuq müharibədən fərqli olaraq, qarşılıqlı şübhələrə son qoymağı və Alyans ilə Moskva arasındakı əməkdaşlıq üçün zəmin hazırlanmasını nəzərdə tutan əsas paktı kobud sürətdə pozur .Ancaq NATO-nun müqaviləyə imza atmış digər bir tərəf olan Rusiyanın yerinə yetirmək istəmədiyi hər hansı bir sənədin şərtlərinə özünü bağlamasına da ehtiyac yoxdur. Belə ki, iqtisadiyyatın sərt qaydaları və yalançı təhlükəsizlik hissləri nəticəsində uzun illər ərzində həmin ölkələrin müdafiə xərcləri ixtisara düşdüyü halda, 2007-ci ildən indiyədək Rusiya öz hərbi xərclərini iki dəfə artırıb.

Avropa ölkələrinin liderləri həmişə əmin olublar ki, Amerika bütün boşluqları dolduracaq. Cənab Rasmussenin sözlərinə görə, Putin tərəfindən gələn ”həyacan zəngi” NATO üzvlərinin yarısını öz hərbi xərclərini azaltmamaq vədini verməyə məcbur edib. Ancaq bu yetərli sayılmır. Hələ 2006-cı ildə bütün NATO üzvləri söz vermişdilər ki, öz Ümumi Daxili Məhsullarının 2%-ini müdafiə xərclərinə yönəldəcəklər. Ancaq Avropada yalnız Fransa, Almaniya, Britaniya və Estoniya öz öhdəliklərini yerinə yetiriblər (Polşa da bu götəricilərə yaxınlaşır). Hazırda NATO-nun ilk növbədə yaxşı silahlanmış və çevik hərəkət etmək qabiliyyətinə malik olan qüvvələrə ehtiyacı var. Elə məhz ona görə də Avropa liderləri öz seçicilərinə bu yöndə nə üçün pul xərcləmək lazım gəldiyini izah etməlidirlər.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar