“Bilmirəm, Dövlət Statistika Komitəsinin sədri bazara gedir, ya yox...” - Vahid Əhmədov

“Şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması 0-a endirilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

DGK rəsmisi həmçinin bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib: “Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.

Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: “Bir günə bu rəylə necə tanış olmaq olar?”

Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: “Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun”.

635x100

Şərhlər

omer 2019-05-21 13:15:46

Ay Vahid muellim onlar islemeyin yolun tapib..hokumete lazim olani yazirlar..goturek kecen il orta ayliq emek haqqinin artimin..statistika ne deyir?_ehalinin geliri 10℅ artib,orta ayliq emek haqqi 2,5℅..bu neter olur?statistika ehalinin gelirinin artmagin hardan goturur?_odenilen sosial sigorta ve vergiden ..bunlarda esasen emek haqqindan odenilir...demeli artimin az olmasi pensiyalarin az qalxmasina getirib cixardi..amma ehalinin gelirinin 10℅artmasi hokumutik yaxsi isinin gostericisi oldu..bax onda siz niye susdunuz ?indi niye sorusmursunuzki emehaqqiniza elave verilen 100℅artim ,umumi orta emekhaqina hesblanir ya yox?hesablanmirsa niye?bunlari teleb etmek lazimdir hormetli Vahi muellim

Oqtay 2019-05-21 13:15:46

O danışmır o yaltaqlanır ki vəzifədə qalsın çünki öz işini bilmir savadı çatmır

Son yazılar