Gürcüstan azərbaycanlılarının 68%-i işsizdir

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

NDI sorğunu bu ilin 28 mart - 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb.

635x100

Şərhlər

t.ədalət 2019-05-21 14:00:13

Elə bizdə də elədir.Ali təhsilli,əsgəri xidmətini başa vurmuş gənclər iş tapa bilmir.Azərbaycanın iş yerləri DQ ərazisini ermənilər tutan kimi YAP-çılar tərəfindən ələ keçirilib.

Son yazılar