"Tarqovı"ya giriş 7 günlük qadağan edilir – Vətəndaşlara xəbərdarlıq

Mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacaq. Verilən məlumata görə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq. /"ONA"

635x100

Şərhlər

Murad 2019-05-21 15:07:22

Hafiz Haciyev deyirki ingilisin etini yeyesi deyilikki niye torqovi baqlanir? Duwunuremki etini yemesekde mutleq .....bir emelyyat edeceyik yoxsa niye torqovini baqlasinlarki.

yalçın 2019-05-21 15:07:22

idman - birlik, ünsiyyət, görüş, yarış vasitəsidir..daha bu idman yox, yasaqlama, qapalı siyasət olduki? belə edirlər ki, bu cür tədbirlər də bütün düntada gözdən düşür..

Son yazılar