"Nigeriyada əhalinin 30-40 faizi yoxsuldur..." - Deputat

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.

Trend-in məlumatına görə, müzakirələr zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında diskussiyalarda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb.

O deyib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır: “Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzakirələrin aparılması ilə bağlı təkliflər də məqbul sayılmalıdır. Hazırda 22 milyardlıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyi görürük. İdman kompleksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil”.

Komitə sədri bildirib ki, 1993-cü ildə yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirilib.

635x100

Şərhlər

TARİX 2019-05-21 15:15:32

CƏNAB AKADEMİK NİGERİYANIN ƏHALİSİ AZƏRBAYCANDAN 20 DƏFƏ COXDUR.ONLARDA ADAM BAŞINA DÜŞƏN NEFT İSTEHSALI AZƏRBAYCANDAN DƏFƏLƏRLƏ AZDIR. QİYMƏTLƏRİ QALDIRANDA QƏRB DÖVLƏTLƏRİNDƏKİ QİYMƏTLƏRLƏ,AZƏRBAYCANDA YAŞAYIŞ SƏVVİYYƏSİNİ İSƏ MÜQAYİSƏ EDİRSƏN DÜNYANIN GERİDƏ QALMIŞ,KORRUPSİYA UĞRAMIŞ OLKƏLƏRİ İLƏ.HARDADIR SƏNİN MƏNTİQİN CƏNAB REAL VƏZİYYƏTDƏN XƏBƏRİ OLMAYAN AKADEMİKİMİZ DEPUTAT KİMİ CAVAB VER GÖRÜM NƏ ÜCÜN RUSİYA BELARUSDA TƏQAÜDLƏR AZƏRBAYCANDAN 2 DƏFƏ YÜKSƏK ƏRZAQ MƏHSULLARI XEYLİ BAHADIR.İNSANLAR Bİ

yalçın 2019-05-21 15:15:32

camaatı nə yerinə qoyurlar bunlar? Nigeriya ilə yox, Norveçlə, hətta xırdaca Qətərlə müqayisə et..özü də onlarda neft-qaz 50, bizdəsə 150 ildir çıxarılır...elə təkcə 2 milyard ton neft hara gedib, buna cavab verin..

Əntiqə Azər 2019-05-21 15:15:32

Ziyad Səmədzadənin nə vecinə. Mənim kimi oğlu 5 dil bildiyi halda işsiz qalmayıb ki...Hecə deyərlər: "Biz deyilik rəiyyət, bizlərə nə şəriət"! Allah M,Ə, Sabirə rəhmət eləsin.

Son yazılar