Ərdoğan ən yaxın dostuna vəzifə verdi

Binali Yıldırım 2015-ci ilə qədər qeyri-rəsmi prezidentin xüsusi müşaviri vəzifəsini icra edəcək

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olması üçün adı Əhməd Davudoğlu ilə yanaşı çəkilən Binali Yıldırıma müşavir vəzifəsi verib. ANS-in xəbərinə görə, illərdir Ərdoğan hökumətində nəqliyyat naziri olan Yıldırım bələdiyyə seçkisində İzmir şəhərindən namizəd olduğu üçün nazir vəzifəsindən istefa vermişdi.

Məlumata görə, millət vəkili olduğundan təyinatı rəsmən həyata keçirilməyən Binali Yıldırım 2015-ci il parlament seçkisinə qədər qeyri-rəsmi prezidentin xüsusi müşaviri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ərdoğanın ən etibarlı adamlarından olan Binali Yıldırım 1994-cü ildən bəri Ərdoğanın rəhbərliyindəki müxtəlif dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar