Türkiyə-Suriya sərhədində atışma - 1 ölü, 1 yaralı

Suriyalı qaçqınlar türk polisinin "dayan" əmrinə odlu silahdan atəş açmaqla cavab veriblər

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis vilayətində suriyalı qaçqınlarla bağlı növbəti gərginlik baş verib. Suriyadan Türkiyəyə özü ilə qaçaqmal əşya keçirməyə çalışan suriyalılardan ibarət bir qrupla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma nəticəsində 1 türk vətəndaşı ölüb, 1 suriyalı isə yaralanıb.

Hadisə dünən axşam saatlarında baş verib. Suriyalı qaçqınlar türk polisinin «dayan» əmrinə atəş açmaqla qarşılıq verib.

Yaralı türk vətəndaşının xəstəxanada dünyasını dəyişməsi xəbərini eşidən yaxınları Kilis Dövlət Xəstəxanasına axışıb və burada xüsusi-təyinatlılarla vətəndaşlar arasında qarşıdurma baş verib. İnsidentlə bağlı hərbi prokurorluqda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar