Qonşu ölkədə təbii qaz bahalaşır

Dərc olunub: 21/05/2019 - 17:10

cngSabahdan etibrarən İranda sıxılmış təbii qaz (CNG) bahalaşır.

Bu barədə İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti elan verib.

Trend-in məlumatına görə, şirkət bildirib ki, 22 may tarixindən ibarət hər bir kq təbii sıxılmış qazın qiyməti (CNG) 6568 rial (rəsmi məzənnə ilə 0,15 dollar) olacaq.

İndiyədək qiymətin 6 min rial olduğunu bildirən şirkət qiymət artımının 10%-dən aşağı olduğunu əlavə edib.

İranın Milli Neft Məmulatlarının Distribyutorluğu Şirkəti qiymət artımı ilə əldə olunan vəsaitin yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin artırılması, avadanlıqların quraşdırılmasına sərf olunacağını bildirib.












loading...


Fikrinizi bildirin