SƏHİYYƏ NAZİRİ AVROPAYA MÜALİCƏYƏ GEDİB? - Şirəliyevlə şəkil çəkdirdi və... (FOTO)

Bloger Mehman Hüseynovun Cenevrə aeroportunda səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi foto sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

"AzPolitika.info"nun məlumatına görə, M.Hüseynov fotoyla birlikdə paylaşdığı lağlağı statusunda "Azərbaycan səhiyyəsini böyrüstə qoyan nazirin" Avropaya müəlicəyə almağa gəldiyini yazıb. "Təklif elədim ki, gəl birləşək, burda Avropanı çökdürək. Amma əvvəlcə qayıdaq ölkəyə, xalqa bir izah elə görüm səhiyyə niyə belə biabırçı gündədir? Niyə xəstəxanalarda hər addımbaşı pul istəyirlər? Bu puldan sizə çatırmı? Xalq bu sualların cavabını axtarır! Bax, özünüz də gəlibsiz Avropaya mualicə almağa? Niyə ölkəmizdə mualicə almırsız?..."

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Virtualaz.org-un əməkdaşı ilə söhbətində qeyd edib ki, səhiyyə nazirinin Avropaya müalicəyə getdiyi barədə məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, - Pərviz Abubəkirov deyib.

635x100

Şərhlər

Rəna Əliyeva 2019-05-21 20:37:13

Считаю необходимым высказать свое мнение по поводу «героического поступка» журналиста по профессии – Мехмана Гусейнова. По профессии, вернее по полученнному диплому, а не по высокой потребности и способности проводить самостоятельное журналистское расследование в горячих точках планеты, на оккупированных землях Карабаха, на участках прифронтовой зоны, в самых тяжелых и непонятных ситуациях бытового и социального насилия, везде где есть место совестливому и честному журналисту. Нет, не так. А с милой улыбкой подойти к человеку, неважно к министру или врачу, или инженеру, в любом случаю к Гражданину своей страны, сфоторгафироваться с ним в неофициальной обстановке, а затем в социальных сетях высказывать свое «ценное» мнение по поводу состояния здравоохранения в своей стране. Если Вам, господин Гусейнов, нужно написать статью о здравоохранении, то пишите, только беспристрастно, не злобствуя и для этого совсем необязательно фотографироваться с министром. И вообще, почему вы считаете, что вас не узнали? Вас узнали, но в данный момент преобладал другой мотив, а именно: увидел за границей человека своей страны и все остальное это мелко и незначительно. Нет, если вы считаете, что Вас не узнали и вы обманули своей иезуитской улыбкой, то это вообще позор! У нас у мусульман и тюрков, да и вообще у всех мужчин принято воевать лицом к лицу и это честно и это порядочно, а коварство, сопровождаемое еще и улыбкой относится к «профессии» другой. Алиева Рена

EJDER 2019-05-21 20:37:13

AY ,PERVIZ GAN IYI GELIR,YA YOX...HA HA HA ...HALAL OLSUN.MEHMANA

kamran 2019-05-21 20:37:13

Baş doxturumuz indi təpəsinə döyüb deyir ki "bilsəydim Avropadakı müalicədən sonra bu ...... elə Semaşkoda ölsəydim ondan yaxşıydı".

sual 2019-05-21 20:37:13

Kişilik səhiyyə nazirindən gəlir ki, bu binəva həmyerlimizin xatirinə dəyməyib. Şəkil cəkdirmək günahmı ya. Onda belə götürək ki, Baş yazar Talıb əhədov AAYDA rəhbərliyi barədə Xalq Cəhbəsi Partiyasının sədrinə ünvanlanan məktuba görə başına torba keciib aparmaları yaxşıdı yoxsa səhiyyə nazirinin radikal müxalifətlə şəkil cəkdirməyi?

OXUCU 2019-05-21 20:37:13

KİŞİ ADAMSAN MEHMAN.ÖPÜRƏM SƏNİ.

oxucu 2019-05-21 20:37:13

Sual-a cavab.Nə danışırsız siz Oktay Şirəliyev bilsıydi ki bu bicbala Mehman nə məqsədlə şəkil çəkdirir,heç çəkdirərdi , Əli İnsanov kimi konkret rədd ol deməsədə bir təhər aradan çıxardı. Axı bu Oktay yeyib içən oğlandır. Nə olsun e Azərbaycan səhiyyəsi 0-dir, sağ olsun Avropa.

OXUCU 2019-05-21 20:37:13

Mux-a cavab.Yəqin ki ,rüşvətxorluq və korrupsiyaya qarşı bizdə müalicə yoxdur,ona görə gedib Avropaya,birdə yəqin alkoqola görədə.Bu Mehmanın əlindən bir iş görmək də olmur.Zalım oğlu yerində cə yaxalıyır adamı.Qoy camaat işini görsün də.Nə düşmüsın bu binəva,yazıq məmurların canına.

Millikişi 2019-05-21 20:37:13

Ay pravokator, fırıldaqçı zurnalist! Bəlkə bunu oxudun. Nə düz-əməlli Azərbaycanca yazmağın var, nə də danışmağın. Niyə böhtan atırsan kişiyə? Bəyəm o, əlini-qolunu sallaya-salaya Avropaya müalicəyə gedib? Sualı-sual dalınca düzüb alınmamış cavablara rəğmən şər-böhtan yazırsan. Deyəsən, arzuva çatıb xöşbəxt olmusan? Azərbaycanın düşmənlərinin yalını yeyə-yeyə də özünü azad sanırsan. Sənə Babəksayağı deyim: yadellilərin yalını 40 il yeyib azad olmaqdansa, vətəndə bir gün zindanda olmaq daha şərəflidir!

seymur 2019-05-21 20:37:13

Mehman tam raziyam sehiyyemizin qara lekesi olan bacariqsiz 70 yashli qoca ... .Onun Strazburqda evi var ne eceb evine devet etmeyib qorxubki uze cixar.Cox quldum birce yolka catishmir santaklaus cox qulmeli ona hekim yox molla lazim olacak meslehet qorerdin ziyarete qetsin

yusif 2019-05-21 20:37:13

mehmandan xosum gelmir de - arxadan zerbe vuran adamdir. amma o da heqiqetdir ki sehiyyemiz cokub.

Mux 2019-05-21 20:37:13

Görəsən Baş doxtur xarici ölkəyə hansı xəstəliyin müalicəsi ilə əlaqədar gedib?Axı bizim Vətənimizdə bütün xəstəliklərə qarşı müalicə ocağları var.Vətənimizdə yeganə olmayan olmayan müalicə ocağı =ALKOGOLİZMƏ QARŞI MÜBARİZƏ OCAĞI=dır.

Amon 2019-05-21 20:37:13

BU MEHMANDA XARICE GETMEK UCUN MEMURLARIN VILLALARINI CEKDI VE BILEREK DUSDU TURMEYE KI CIXANDA RAHAT SEKILDE OLKEDEN CIXIB AVROPADA SIGINACAQ ALA BILSIN BIR SOZLE MILLETI ALDATDI NIYYETI EVVELCEDEN BELLI IDI

Son yazılar