Ukrayna parlamenti buraxılıb

Dərc olunub: 21/05/2019 - 20:33

e940e55f-d0b0-42e4-8c62-99355e248a46Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.

“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.

Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.

Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.

Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı.










loading...


Fikrinizi bildirin