Ukrayna parlamentinin növbədənkənar iclası keçiriləcək

Ukrayna Ali Radasının sədri Andrey Parubi mayın 22-nə növbədənkənar iclas təyin edib.

“Report” xəbər verir ki, spiker “Twitter”dəki səhifəsində iclas zamanı parlament seçkiləri haqqında qanuna dəyişikliklərin müzakirə olunacağını bildirib.

Bu qərarın ölkə prezidenti Vladimir Zelenskinin müvafiq tələbilə bağlı verildiyi qeyd olunub.

635x100

Şərhlər

Bashirov Qarib 2019-05-21 21:32:28

Bir yandan xəbərlər yayılır ki,Ali Rada buraxılıb, bir yandan da bu xəbər yayılır. Adam bilmir, hansına inansın.

Son yazılar