Bakı sakinini aldadaraq 10 min dollarını mənimsəmiş şəxs saxlanıldı

Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar