"Qarabağın azad olunması strateji məsələdir" - Davudoğlu

1axİşğal edilmiş Azərbaycan torpaqlarının azad olunması Türkiyə hökuməti üçün prioritet məsələdir.

Bu haqda Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Ankara və İrəvan arasında əlaqələrin qaydaya salınması üçün tədbir görmək niyyətindədir. Davudoğlu, həmçinin Ermənistanı tarixi hadisələrin girovu olmamağa və ikitərəfli münasibətlərin normallaşması üzrə Türkiyənin təkliflərini rədd etməməyə çağırıb.

Xatırladaq ki, iki cənubi qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına görə yaranıb.

Dağlıq Qarabağ və ona yanaşı yeddi rayona Ermənistanın Silahlı qüvvələri nəzarət edir.

1994-cü il may ayında tərəflər atəşin dayandırılması rejiminə nail olub və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyilə hələlik müvəffəqiyyətsiz sülh danışıqları aparılır.  /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar