İtaliyalı baş məşqçi Azərbaycan millisi ilə debüt edib

Belarusda təlim-məşq toplanışında olan voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası yeni baş məşqçi Covanni Kapraranın rəhbərliyi altında ilk oyununu keçirib.

"Report" xəbər verir ki, yığma meydan sahibi Belarus kollektivi ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə sona çatıb.

Bu komandalar hazırlıq çərçivəsində daha bir matç keçirəcəklər.

Azərbaycan millisi mayın 26-da Qızıl Avro Liqasının ilk oyununda da Belarus yığması ilə üz-üzə gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar