Erməni hərbçilər qəzaya düşdü

Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-Yerevan yolunun 82-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobil “QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar.

Faktla bağlı cinayət işi başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar