Azərbaycan nefti ucuzlaşır

Dərc olunub: 22/05/2019 - 00:50

 

neft-888CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 75,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,05 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.








loading...


Fikrinizi bildirin