Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Dərc olunub: 22/05/2019 - 09:31

d61d6137-6ad2-483c-822d-c683f731f61eMayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı – Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik”, – C.Qurbanov deyib.








loading...


Fikrinizi bildirin