NASA-dan unikal kadrlar - Video

Partlayışın avqustun 24-də baş verdiyi bildirilir

NASA avqustun 24-də Günəşdə baş verən partlayışı əks etdirən görüntülər yayıb.

ANS-in məlumatına görə, kadrlar NASA-nın Günəş Dinamikası Observatoriyası tərəfindən çəkilib və Günəşin sol tərəfində baş verən partlayışı əks etdirir. Partlayış orta səviyyədə olduğu üçün onun buraxdığı radiasiyanın Yer kürəsinə heç bir zərərinin olmadığı bildirilir.

NASA alimlərinin məlumatına görə, Günəşdə partlayışın yaratdığı zərərli radiasiya Yer kürəsinin atmosferinə daxil olaraq insanların sağlamlığına ziyan vura bilməsə də, GPS sistemlərinin olduğu və kommunikasiya siqnallarının ötürüldüyü atmosfer qatında problemlər yarada bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar