Türkiyə ABŞ istehsalı olan məhsulların gömrük rüsumunu azaldıb

Dərc olunub: 22/05/2019 - 09:59

014cd91e-7594-4ddf-87f7-46783f4544f6Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib.

“Report” Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar ABŞ-ın keçən həftə Türkiyədən polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsindən sonra qəbul olunub.

Gömrük rüsumu azaldılmış məhsulların arasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likorlar və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var.






loading...


Fikrinizi bildirin