ABŞ “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirib

ABŞ “Əş-Şəbab” islamçı qruplaşmasına qarşı Somalidə əməliyyat keçirib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi bəyan edib.

“Hazırda əməliyyatın nəticələri qiymətləndirilir . Bu barədə zamanında müvafiq məlumat veriləcək”, deyə Kirbi bildirib.

“Washington Post” qəzetinin Somalidəki mənbələrə istinadən məlumatına görə, ABŞ-a məxsus pilotsuz təyyarələr Barave limanı yaxınlığında “Əş-Şəbab” qruplaşmasının bazasına hava zərbələri endirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar