Azərbaycandakı seçki saxtalakarlığı Britaniya parlamentində müzakirə olunacaq

Bəzi Avropa strukturlarının Əliyevin repressiv rejiminə göz yumması da müzakirə mövzusu olacaq

Oktyabrın 24-də Böyük Britaniya parlamentində Azərbaycanda keçirilmiş seçkinin saxtalaşdırılması, bəzi Avropa strukturlarının neft-qaz layihələrinə görə bu ölkədə baş verən repressiyalara, korrupsiyaya göz yumması kimi məsələlər müzakirəyə çıxarılacaq. Bu barədə azadlıq.info enerji və demokratiya məsələlərini araşdıran “PlatformLondon” təşkilatının saytına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 9-da keçirilmiş seçkinin mübahisəli nəticələrilə Ilham Əliyev üçüncü dəfə prezident oldu. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu bu seçkini sərt tənqid etdi, seçki prosesində ciddi pozuntular aşkarladı:

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, bütövlükdə 2013-cü il ərzində Azərbaycan hakimiyyəti ölkədə fərqli fikri boğmaq üçün repressiyaları, təhqiramiz strategiyanı davam etdirib. Ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları pozulub, siyasi məhbusların sayı əhəmiyyətli dərəcədə artaraq, seçki ərəfəsində 142-yə çatıb.

Biabırçı seçkidən bir neçə gün sonra Avropa Komissiyası enerji layihələrindən danışaraq, Azərbaycanla ümumi maraqlardan bəhs etdi. Bura “Trans-Xəzər” boru kəməri, “Trans-Anadolu” və “Trans-Adriatik” qaz kəmərləri aiddir. Bu layihələrə əsasən, Avropa qaza görə Azərbaycan, Türkmənistandakı qeyri-demokratik rejimlərdən asılı vəziyyətə düşür. Qaz razılaşmaları eyni zamanda, Əliyev üçün maliyyə təminatı və qeyri-demokratik idarəçiliyini möhkəmləndirməsinə siyasi dəstək sayıla bilər.

Bəs Əliyevin korrupsiyalaşmış rejiminə qarşı çıxan insanlar necə olsun? Görək Avropa ilə qaz razılaşmalarının Azərbaycan üçün hansı əhəmiyyəti var? Bu hadisələr ölkədə insan hüquqlarının vəziyyətinə necə təsir göstərəcək?

Bütün bu məsələlərlə əlaqədar oktyabrın 24-də Böyük Britaniya parlamentində müzakirələr olacaq. Müzakirələrdə parlamentin üzvü Helen Qudman, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin nümayəndəsi Murad Həsənli, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışmış diplomat, hüquq müdafiəçisi Rebekka Vinsent və “London Platform” təşkilatının təmsilçisi Hyuç Emma da iştirak edəcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar