Rusiyanın Xəzər donanmasında aviasiya eskadrilyası yaradılacaq

Dərc olunub: 22/05/2019 - 11:59

ef91809e-7222-4a68-9c4c-a22a4396d057Rusiyanın Xəzər donanmasında “Be-200″ təyyarələri və “Mi-14″ helikopterlərindən ibarət aviasiya eskadrilyası yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Xəzər donanmasının komandiri kontr-admiral Sergey Pinçuk məlumat verib.

Onun sözlərinə görə, eskadrilya Kaspiysk şəhərində yerləşəcək.

Donanma komandir əlavə edib ki, ilin sonunadək Xəzər donanmasının sahil qüvvələrinin tərkibində “Bal” raket kompleksinin divizionu formalaşdırılacaq.










loading...


Fikrinizi bildirin