Fidel Kastrodan üçüncü dünya müharibəsi xəbərdarlığı

Kuba inqilabının lideri Fidel Kastro NATO-ya üzv ölkələrini nasistlərə bənzədib.

Azvision.az-ın məlumatına görə, bu barədə inqliab liderinin “Cubadebate” nəşrində dərc olunan məqaləsində bildirilib.

Kuba liderinin sözlərinə görə, ABŞ və Avropanın siyasəti uğursuzluğa düçar olacaq, dollar və avro isə yuan və rubldan asılı olacaq.

“Heç kəsin şəhərləri məhv etmək, uşaqları öldürmək, açlıq və səfalət yaymaq hüququ yoxdur. İkinci Dünya müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün “nəhəng yalan” - illüziya kimi qəbul edilir” –deyə, Kastro bildirib.

İnqilab liderinin sözlərinə görə, hazıda dünyada olan münaqişələr üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. Bu müharibədə nüvə silahlarının tətbiq olunması isə bütün bəşəriyyətin məhv olması ilə nəticələnə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar