Cəlilabadda müəllim döyülüb

Dərc olunub: 22/05/2019 - 13:00

2962689e-3b23-4396-a92a-04d91ff6c79cCəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, Uzuntəpə kənd 3 saylı orta məktəbin müəllimi A.Əzizov mayın 19-da kənd sakinləri tərəfindən döyülüb.

Onun döyülmə anı mobil telefonla lentə alınıb və kənd sakinləri arasında yayılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır.

Cəlilabad Rayon Təhsil Şöbəsindən “Report”a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.








loading...


Fikrinizi bildirin