Siqaretə taxta ovuntusu qatan fabrik bağlandı

Dərc olunub: 22/05/2019 - 14:04

8703ff86-476d-40bf-ae67-05b373256840Kambocanın paytaxtı Pnompendə siqaretə taxta ovuntusu qatıldığı üçün hərbi polis tənbəki fabrikini bağlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, lisenziyasız fəaliyət göstərən fabrik cari ilin fevral ayında açıq-aşkar Çin və tanınmış brend siqaretlər istehsal edirmiş.

Bildirilib ki, fabrik rayon rəhbərliyinin polisə şikayəti əsasında bağlanıb.

Yoxlama nəticəsində fabrik möhürlənib, əmlak müsadirə olunub, müəssisənin sahibi tutulub.












loading...


Fikrinizi bildirin