“ABŞ-ın Türkiyəyə ultimatumu yolverilməzdir” – Kreml

Dərc olunub: 22/05/2019 - 18:22

peskov“Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya “S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket kompleksi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərilib.












loading...


Fikrinizi bildirin