Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb

Dərc olunub: 22/05/2019 - 14:42

mbnp-fimsa-maliyye-bazarlarina-nezaret-palatasi-0-copy-696x451Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) cəmi aktivləri bu il yanvarın 1-nə 21,335 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 45,7% çoxdur.

2018-ci ildə MBNP-nin uzunmüddətli aktivləri 71,9% azalaraq 1,654 milyon manata düşüb, cari aktivləri isə 2,25 dəfə artaraq 19,681 milyon manata çatıb.

Bundan başqa, hesabat dövründə Palatanın cəmi öhdəlikləri 8,6% azalaraq 1,066 milyon manat, cəmi kapitalı isə 50,4% artaraq 20,269 milyon manat olub.

Ötən il MBNP-nin əməliyyat gəlirləri 20,033 milyon manat (əvvəlki ilə nisbətən 33,55% çox), əməliyyat xərcləri 10,135 milyon manat (6,9% az), sair gəlirləri 759 min manat (4,3 dəfə çox), debitor borclar üzrə dəyərsizləşmə xərcləri isə 214 min manat (48,9% az) təşkil edib. Son nəticədə Palata 2018-ci ili 10,443 milyon manat mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur.








loading...


Fikrinizi bildirin