AZƏRBAYCANIN SABİQ NAZİRLƏRİ BİR ARADA – “Range Rover”də 4 nəfər... – FOTOLAR

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə təşrif buyurarkən kameraların hədəfinə tuş gəliblər.

Onların ardınca Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov da “Mercedes Vito” markalı avtomobillə hüzr mərasiminə gəlib.

Qeyd edək ki, Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, Əliağa Hüseynov Milli Məclisin deputatı, Abel Məhərrəmov isə BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəri kimi fəaliyyət göstərir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-22 18:10:51

Nə gözəl Bakı.

Alı 2019-05-22 18:10:51

Yazıq VƏTƏN, yazıq MİLLƏT.Bu quldurlar səni yedi dagıtdı, tarımar elədi.Tutulub həbs edilmək, cəzsını çəkmək əvəzinə üzdə görünəni paylaşıb öz keflərindədir.Görünən odur ki, Ziyanın bandası artıq "dobro" alıb.Çünki qardaşı prorektor oldu, özləri şəhərdə əllərini-qollarını sallaya-sallaya CÜT-CÜT gəzərlət.Yaxınlarda bunlar da vəzifə alacaqlarına hazırlıq gedir.Heç nə dəyişmədi.Həttda daha pis olacaq."İSLAHAT" deyilən sey deyəsən xalqı islah eləmək deməkmiş.

Hafiz 2019-05-22 18:10:51

Yazıq millət, yazıq dövlət. Qoy bunlar kef çəksin.

Qurbanəli 2019-05-22 18:10:51

Quyruq altdan düşüb maşının altına dığırlanan əjdər fotoda ğörsənmir

molla 2019-05-22 18:10:51

Yeqin ki, sabiqler birlesib sabiq rektoru Tovbe merasimine getiribler

t.ədalət 2019-05-22 18:10:51

İndikilər də sabiqlər kimi pul yığmaqla məşğul olurlar.Sabiqlərin,heç olmasa,indikilərdən fərqli olaraq arvadı,anası və dədəliyi erməni deyildi.

Son yazılar