Podratçılar ötən il büdcəyə 1,016 mlrd. manat mənfəət vergisi ödəyib
Baxiş sayı:
Dərc olunub:
22/05/2019 - 15:57
2018-ci ildə Azərbaycanda neft-qaz sahəsində Hasilatın Pay Bölgüsü (HPB) üzrə podratçı təşkilatlar tərəfindən büdcəyə 1 016,4 mln. manat mənfəət vergisi ödənilib.
“Report” xəbər verir ki, bu barədə "2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində öz əksini tapıb.
SOCAR tərəfindən hesabat dövründə mənfəət vergisindən daxilolmaların həcmi 176 mln. manat təşkil edib.
Ümumilikdə, büdcəyə neft sektorundan 1 192,4 mln. manat mənfəət vergisi ödənilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.