Ali Rada Zelenskinin təklifini müzakirəyə çıxarmayıb

Dərc olunub: 22/05/2019 - 17:06

radaUkrayna Ali Radası prezident Zelenskinin təklif etdiyi seçki haqqında qanun layihəsini müzakirə çıxarmaqdan imtina edib.

ONA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, majoritar seçki sisteminin ləğvini və partiyalar üçün parlamentə giriş üçün minimum həddin 5%-dən 3%-ə endirməyi nəzərdə tutan qanun layihəsinin gündəmə gətirilməsini yalnız 92 deputat dəstəkləyib.

Müvafiq qərarın müzakirəyə çıxarılması üçünsə azı 226 səs tələb olunur.

Səsvermədən sonra Ali Radanın sədri Andrey Parubi parlamentin fövqəladə iclasını bağlı elan edib.












loading...


Fikrinizi bildirin