MÜĞƏNNİ KƏRİMİN DÖYÜLMƏSİ VƏ HƏYASIZLIĞI – Əslində, günahkar kimdir?

Müğənni Kərim Abbasovun döyülməsi ilə bağlı təhqiqat araşdırmalarına başlanılıb. Bu barədə ONA-nın sorğusuna cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Kərim Abbasovun müraciəti Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılır. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, o Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, 1984-cü il təvəllüdlü Ramazanov Elvin Cahangir oğludur. Həmin şəxs idarəyə dəvət olunub və izahatı alınıb. Hazırda fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, müğənni Kərim Abbasov sosial şəbəkədə zorakılığa məruz qalmasına dair video paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib. Sonra həmin şəxs K.Abbasovu döyüb.

Lakin “AzPolitika” araşdırıb ki, əslində məsələ Kərimin iddia etdiyi kimi sadə deyil və o da heç göründüyü kimi məsum deyil: mübahisə məhz müğənninin günahı ucbatından baş verib. Belə ki, mayın 20-də saat 17:00 radələrində “Grand Şiroki” markalı avtomobildə Binəqədi yolu ilə üzü şəhərə doğru hərəkət edən müğənni təhlükəli manevrlər edərək qəza şəraiti yaradıb. Həmin istiqamətdə hərəkət edən Elvin Ramazanov ona etirazını bildirdikdə müğənni özündən çıxıb, söyüş söyməyə başlayıb. Buna baxmayaraq, yanında qadın olduğundan E.Ramazanov hərəkəti davam etdirsə də müğənni sakitləşməyib. Bir xeyli təqib etdikdən sonra isə E.Ramazanovun idarə etdiyi avtomobilin qarşısını kəsərək avtomobildən düşüb, çəkiliş apara-apara ona doğru yüyürüb. Bu zaman həm də ağır söyüşlər söydüyündən Elvin əsəblərinə hakim ola bilməyib, maşından düşərək ona eyni tərzdə cavab verib və tərəflər əlbəyaxa olublar.

Müğənninin yaydığı qısa videokadrlardan da görünür ki, hücum edən tərəf özüdür. E.Ramazanov isə maşınında oturub.

Diqqət çəkən məqamlardan biri də budur ki, müğənninin yaydığı kadrlarda səs eşidilmir. Bu da təsadüfi deyil – səs verilsə kimin günahkar olduğu açıq görünə bilərdi. Çünki Kərim E.Ramazanova doğru hücum edərkən həm də ən nalayiq söyüşlərdən istifadə edirdi.

Bütün bunları hadisənin baş verdiyi ərazidəki müşahidə kameralarının yaddaşından da görmək mümkündür. Yəni hadisə məhz müğənninin yolda özünü apara bilməməsi üzündən baş versə də, o, baş verənləri şouya çevirib, sosial şəbəkələri və medianı işə qoşmaqla, qabaqdangəlmişlik edib.

Əsl həqiqət isə polisdə aparılan təhqiqatdan və ərazidəki müşahidə kameralarının yaddaşına nəzər yetirilməsindən sonra üzə çıxacaq.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev 2019-05-22 19:03:05

Hər manıs da özünə bir ləqəb götürür.İbrahim Tatlısəs,Qədir Qızılsəs,Müslüm Gursəs,Kərim Xoruzsəs,nədəəbu?

dadaşyev 2019-05-22 19:03:05

Manıslar və manisalər əlindən televiziyada adam kimi söz-söhbət eşitmək olmur.Görünür bu Naxçıvanlı qaqaş da televiziya deyilən toyeviziya verilişlərindən boğaza yığılıb,bu beçə xoruzu kimi banlamağına oxumaq deyən beçəsəs Kərimi görən kimi hirslənib,adə nə yemisən,turşulu aş.Kərim də olub bunnan.Olur belə şeylər.Nələr olmur ki Azərbaycanda?

yusif 2019-05-22 19:03:05

halal olsun sene ki kerim kimi .... cavabini vermisen- bu kerim muqenni deyil- .....- onun ne sesi var ne de leyaqeti- onu toyuna caqiranlar da ele ...

Mehdi 2019-05-22 19:03:05

Bu muqenni qiriqlarinin 80 faizi mavidir.Gorunur bunun da heyasizliqi ona goredi.

Elxan 2019-05-22 19:03:05

Xanimlara hormet etmek lazimdir,hetta heddini awsa bele

VƏTƏNDAŞ 2019-05-22 19:03:05

xalqin pulu ilə televizorda öyünən muqənnilər gənclər sizdən nə götursunlər.bir az təvazökar olun.MUĞƏNNİLƏRƏ 3000 DƏN artiq pul verənlər onları xarab eləməyin.evlərini .bağlarini reklam edənlər insaflı olun

Filosof 2019-05-22 19:03:05

Bu senetsiz manisin adi qulagina deyib,ozunu bir anliq Celentano hesab edib

Mikayıl 2019-05-22 19:03:05

Aəıq-aşkar hadisəni təhlil etdikdə hadisə Kərimin qanunsuz hərəkətləri üzündən baş verməsi görünür. Ona görə də Ramazanov zərərçəkmiş olduğu üçün cinayət işi başlayıb Kərimi içəri atmaq lazımdır ki, bir də belə cimayətlər etməsinlər. Bobşey bu manıslar zəhmət çəkmədən çox pul əldə etdiklərindən özlərini apara bilmirlər və yollarını da azırlar. Cibilər də ki, nə isə...

Ziyali 2019-05-22 19:03:05

o gun "Xezer" tv-de ezilib-buzulurdu ki,ay bashim agriyir,ekspertizaya gedirem.Media ehli de bir hay dushen kimi sensasiya xetrine darashirlar.Indi neyi var qanunun sert uzunu gostermek lazimdir buna.

Sedaqet 2019-05-22 19:03:05

Bu muğenni özünü ne sanır? Gör bu xalqln pulu ne qeder qudurdub bunu!!! Zehləm getmiş xalxin oğlunu zibilə sallrsan

Ədalət 2019-05-22 19:03:05

Əlinə sağlıg Elvin qardaş , və yaxud vuran əllərin sağ olsun

Amon 2019-05-22 19:03:05

Serurlu qardas sen kisisen gerek kisiyle dalasardin

Расим 2019-05-22 19:03:05

Bu manislar qudurubar

Kohne 2019-05-22 19:03:05

Eger esl heqiqet polisin ve kameralarin tehqiqatindan sonra uze cixacaqsa( ozunuz yazirsiz),sizin Kerim barede heyasiz demeyiniz,qarshi terefi duz cixarmaginiz ne derecede duzdur?yeqin kommenti vermezsiz.

Bashirov Qarib 2019-05-22 19:03:05

Elvin bala,sən də baş qoşanda biləydin kimə baş qoşursan.Kişi gərək kişiyə əl qaldırsın.

Son yazılar