Bəşər Əsəd ermənilərə çağırış edib - «Suriyadakı evlərinizə qayıdın»

Suriya Ərəb Respublikasının (SƏR) prezidenti Bəşər Əsəd Kilikiya evinin katalikosu 1-ci Avramla görüşü zamanı vətəndaş müharibəsi illərində Suriyanı tərk etmiş erməniləri öz evlərinə qayıtmağa çağırıb. Bu barədə «SANA» informasiya agentliyi xəbər verib.

Görüş mayın 14-də Əsədin Dəməşqdəki iqamətgahında baş tutub. Tədbirdə Livan və Suriyanın erməni icmalarının nümayəndələri, o cümlədən, Livanın turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin üzvləri Nora Asiryan və Jirayr Raisyan iştirak ediblər.

«Əsəd Suriyada baş verən hadisələr səbəbilə ölkəni tərk ermiş erməniləri tezliklə geri qayıtmağa, öz evlərini və iş yerlərini bərpa etməyə çağırıb və əmin edib ki, erməni icması ardıcıl olaraq, dövlət dəstəyindən istifadə edəcək» - deyə, Kilikiya evinin rəsmi saytında dərc olunub.

«Ermənilər hər zaman Suriyanın etibarlı, sevimli və əməksevər vətəndaşları olublar. Onlar ölkənin inkişafına pozitiv töhfələr veriblər» - Əsəd qeyd edib.

1-ci Avram isə Hələbdə erməni kilsəsinin bərpasına göstərdiyi dəstəyə görə, Bəşər Əsədə təşəkkür edib. Kilsə 2015-ci ildə terrorçular tərəfindən dağıdılmışdı. Avram əlavə edib ki, erməni icması Suriyaya möhkəm bağlıdır və ölkənin barpası işlərinə başlamaq niyyətindədir.

Bəzi məlumatlara görə, 2011-ci ildə münaqişə başlanandan üzübəri guya, Suriyanı 70 minə yaxın (onların böyük qismi Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilib!) erməni tərk edib. 2018-ci ilin sonuna olan məlumata görə, hazırda Ermənistanda 20 min suriyalı qaçqın erməni yaşayır.

Xatırladaq ki, humanitar missiya çərçivəsində, Rusiyanın logistik və texniki dəstəyi ilə Suriyaya bir qrup erməni həkimlər və «sapyor»lar gəlib. Ermənistandan gəlmiş bu kontingent 83 nəfərdən ibarətdir - onlar minalardan təmizləmə üzrə mütəxəssislərdən, tibb personalından və mütəxəssislərin qorunması üzrə kontingentdən ibarətdir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-05-22 20:30:37

Bizimkilər də ermənilərə çağırış edirlər.erməniləri Bakıya gətirmək üçün yüz cür oyundan çıxırlar.Əksər nazirlərin üst-başından erməni qoxusu gəlir..

Son yazılar