Cəfər Cabbarlı kitabxanası yanır

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəfər Cabbarlı adına kitabxanada yanğın baş verməsi haqqında məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib, lakin göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb. 

* * * 

Bakıda yanğın hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxanada qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar