Məhkumluğun mübarək, Aslan İsmayılov! – “Ona maya buraxanlar da bilsinlər ki...”

“Müasir Azərbaycan tarixinin ən odioz fiqurlarından biri, Aslan İsmayılov adlı sabiq vəkil, nəhayət ki, öz layiqli statusuna yiyələnə bildi”.

Modern.az xəbər verir ki, bu sözləri iş adamı Mürvət Həsənli yazıb. O bildirib ki, bu gün – 22.05.2019 tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi Aslan İsmayılovun məhkumluğunu tam təsdiq edib: “Aslan İsmayılov vəkil, hüquqşünas adlarından məharətlə istifadə etməyi bacardığı üçün, uzun müddət layiq olduğu statusundan yayına bilirdi. Mən onunla maraqlanandan sonra gördüm ki, bunun adı hansı cinayət əmələrində keçmir? Sadəcə, insanları şantaj edə bildiyi üçün, heç kim bununla axıra qədər gedə bilmirdi. Bəziləri abır-həya edirdi, bəzliləri isə qorxurdu. İstərdim ki, ona maliyyə yardımı edən, özünü SOCAR-ın rəhbərliyinin ortağı kimi qələmə verənlərə Aslanın həyatı bir ibrət dərsi olsun. Onlara bir məsləhətim də var, bilin ki, artıq Aslanların dönəmi gedib. Gəlin, vaxtında Azərbaycan dövlətinin ədalətinə və mərhəmətinə sığının, qəsb etdiyiniz daşınmaz və ya daşınan əmlakları əsl sahiblərinə qaytarın. Bilin ki, Azərbaycan dövləti nə qədər mərhəmətlidirsə, düz yola dönməyənlər üçün bir o qədər də amansızdır”.

Sözlərinə davam edən M.Həsənli, “Yəqin ki, bundan sonra SOCAR-a saxta mallar satıb, pulunu ofşorlara qaçıran, Azərbaycana bir müvəqqəti iş yeri kimi baxan adamlar da Aslana maya buraxmaqda ehtiyat edəcəklər. Artıq ayılırlar ki, sən demə, Aslanın özünə qurduğu və onları inandırdığı prezidentlik xəyalları boş xülya imiş. Aslan İsmayılova erməni şirkətinin maraqlarını qorumağı da onlar təklif etmişdi. Pula həris olan Allahverdi böyük məmnuniyyətlə bunu qəbul etdi”, yazıb.

İş adamı bildirib ki, Aslan İsmayılovu vəkil hesab edənlər bir şeyi görmürdülər: “Bu adam heç bir çıxışında, heç bir bir yazısında qanunvericilik normasına və ya məhkəmə praktikasına istinad etmir. Sadəcə, vəkilşivənlik edir. Qışqırırdı, bağırırdı, ədliyyə mafiyasından, mətbuat mafiyasından, tibb mafiyasından danışırdı. Həqiqətdən uzaq, aşağı səviyyəli seriallardakı leksikanı əzbərləyib, Facebook-da və ya məhkəmələrdə bu tərzdə danışırdı. Hamını, əsasən də vicdanlı adamları təhqir edirdi. Amma günün birində prinsipial adamlara rast gəldi və əməllərinin cavabını vermək məcburiyyətində qaldı. Vicdanlı adamları təhqir etdiyi üçün məhkum oldu. Bir neçə məhkəmə instansiyası işə baxdı. Sonunda Azərbaycan Respublikası Ali Məhkəməsi Kasasiya instansiyasında Aslan İsmailov “...mən bu məhkəmə işlərindən bir şey anlaya bilmirəm, mənə dövlət hesabına bir vəkil verin, məni müdafiə etsin...”, - deyə hüquq elmindən xəbərdar olmadığını etiraf etdi. Zavallı statusu yaratmaq istədi. Amma son ümidi də boşa çıxdı. Məhkumluğun mübarək, Aslan İsmayılov! Pardon, Allahverdi Çıraqov!”

635x100

Şərhlər

барон 2019-05-22 20:04:00

bilin ki, artıq Aslanların dönəmi gedib... vaxtıdı

muzaffar 2019-05-22 20:04:00

Məgər ədliyyədə (hüqüq sistemində ümumilikdə), səhiyyədə mafiya yoxdur. Onkologiyaya yolun düşə gör orda ölümcül xəstələri necə yolurlar. Yəqin bilırsiz dövlət xəstəxanaları da PULSUZdur.Ha ha ha.... Problemləri deyənlərə cihad elan edirsiniz!..

t.ədalət 2019-05-22 20:04:00

Kiminsə kədərinə sevinmə,başına gələr.

Son yazılar