“Bakıda görüşənədək” – Mesut Özil

Dərc olunub: 22/05/2019 - 21:03

mesut ozilİngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Bakıda “Çelsi” ilə keçirəcəkləri Avropa Liqasının final matçından əvvəl azərbaycanlı azarkeşlərə müraciət edib.

“Report”un məlumatına görə, türkəsilli yarımmüdafiəçi “Twitter” hesabında finala bir həftənin qaldığını xatırladıb.

“Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək” yazan Özil 2018-ci il oktyabrın 4-də “Qarabağ”la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan və paytaxt gəzintisindən fotolarını paylaşıb.

Qeyd edək ki, final matçı mayın 29-da eyni arenada təşkil olunacaq.










loading...


Fikrinizi bildirin