Misirdə havanın hərarəti 50 dərəcəni ötür! – Ölkə fövqəladə vəziyyət rejiminə keçir

Çərşənbə günü Misirdə güclü isti qeydə alınıb. Paytaxt Qahirədə hava 43 dərəcəyədək (Selsi ilə) qızıb, günəş altında isə termometrin göstərişi insan üçün qəbul oluna bilən kritik nöqtəni - 50 dərəcəni ötüb.

Ölkənin meteoroloji xidmətinin xəbər verdiyi kimi, Misirin cənubunda vəliyyət daha da ağırdır - orada 45 dərəcəlik isti qərarlaşıb. Şimalda, Aralıq dənizi rayonunda bir qədər sərindir. Bu bölgədə, həm də Sinay yarımadasında çərşənbə günü 37-40 dərəcə isti qeydə alınıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, cümə axşamı vəziyyətin daha da pisləşəcəyi gözlənir və isti pik həddinə yüksələcək. Belə ki, paytaxt bölgəsində 46 dərəcə isti proqnozlaşdırılır,

Aleksandriyada - yüksək rütubətlə 39 dərəcə, ölkənin cənubunda isə 40 dərəcədən yuxarı isti olacağı bildirilir.

Belə şəraitdə şəhər hakimiyyəti nəqliyyatı xüsusi reimli iş şəraitinə keçirəcək, məktəblərdə dərslər dayandırılacaq. Əyalətlər isə bu ərəfədə bütün şəhər xidmətlərini fövqəladə vəziyyət rejiminə keçiriblər.

Milli məktəblərdə planlaşdırılan yekun imtahanları təxirə salınıb, dərslər ləğv olunub, beynəlxalq məktəblərdə oxuyanların valideynlərinə isə xəbər göndərilib ki, cümə axşamı ümumtəhsil müəssisələri bağlı olacaq. Təhlükəsizlik mülahizələrindən dolayı, bir çox uşaq bağçaları da cümə axşamı işləməyəcək.

Paytaxt metropoiteninin rəhbərliyi xəbər verib ki, yüksək temperatur səbəbilə, metroda qatarların sürəti açıq şəraitə çıxan yollarda saatda 80 kilometrdən 60 kilometrə endiriləcək.

Yerli sakinlər mənzillərindən mümkün qədər az çıxmağa çalışırlar. Hər yerdə dükanlar və köşklər bağlıdır, yarımboş yollarda maşınların sayı da azalıb. Vəziyyət həm də onunla mürəkkəbləşir ki, istilər orucluq ayına təsadüf edib - bu ayda müsəlmanlar danüzü vaxtından günəş batana qədər yeməkdən və içməkdən çəkinirlər. Bu da su qəbul etmədən oruc tutmağı xeyli çətinləşdirir, çünki susuzluq insan həyatı üçün daha təhlükəlidir. Ona görə də həkimlər yaşlı insanları öz evlərindən çıxmamağa - günəş altında olmamağa, mümkün olan qədərində isə orucdan imtina etməyə çağırırlar.

Bu şəraitdə şəhər xəstəxanaları da xüsusi iş rejiminə keçirilib - artıq özunü pis hiss etmək səbəbilə, həkimə müraciət edənlərin sayı artmaqdadır. Elektrik şəbəkələri də hər yerdə kondisionerlərin və ventiyatorların işləməsi səbəbindən dolayı, yüklənməyə davam gətirmir - bir sıra rayonlarda elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur.

Hesab edirik ki, bu, Azərbaycan üçün də bir siqnal olmalıdır və ölkə miqyaslı vacib hazırlıqlar görülməlidir.

AzPolitika.info

635x100

Şərhlər

Van Gogh 2019-05-23 00:03:52

Aleksandriya yox, İskəndəriyyə!

Son yazılar