Yevlaxda narkotik becərən şəxs həbs edilib

Dərc olunub: 22/05/2019 - 23:35

01a26ca6fa4b65c850d73a1ad8183156Yevlax rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrurundan ONA-ya verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi eksrertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.








loading...


Fikrinizi bildirin