FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatı iştirakçılarının tərkibi 32-dən 48 komandaya qədər artırılmayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AP məlumat yayıb.

FİFA çempionat iştirakçılarının sayını artırmamaqla yanaşı, turnirin bir neçə matçının Qətərdən kənarda keçirilməsi ideyasından da imtina edib.

Qətərdə dünya çempionatı 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında Doha, Lusail, Əl-Vakr, Əl-Xor, Ər-Rayyan, Umm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar