İspaniya polisi dənizdə 1,5 ton kokain ələ keçirdi

İspaniya Milli Polisinin agentləri açıq dənizdə 1,5 ton kokain daşıyan gəmi ələ keçiriblər.Əməliyyat İspaniya hərbçilərinin, habelə Britaniya, Fransa, Portuqaliya və Braziliya hüquq mühafizə orqanlarının köməyi ilə aparılıb.

Narkotiklər Braziliyadan İspaniyaya istiqamət götürən balıqçı gəmisində olub. Polislər kokain gətirildiyini qabaqcadan biliblər. Hələ aprel ayından hüquq mühafizə orqanlarının nəzarətində olan gəmi saxlanılanda içərisində yeddi nəfər olub. Onların hamısı həbs edilib. Yük müsadirə edilərək Las-Palmas-de-Qran-Kanariya limanına gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar