Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı - ADLAR (Yenilənir)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb:

"Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır".

* * *

Yevlax rayonunda mikroavtobusun aşması nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

"Report"un məlumatına görə, "Mercedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə hadisə yerində, daha 1 nəfər 20 yaşlı Sadət Müzəffər qızı Musayeva xəstəxanada ölüb.

Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sərnişin xəsarət alıb.

Yaralılar:

Nəsibli Ülviyyə Ədalət qızı (2000)

Məmmədova Nigar Azər qızı (1999)

Məmmədova Rüfanə Hüseyn qızı (1993)

Cəbrayılov Elzamin Pərviz oğlu (2003)

Qədirli Afət Seymur qızı (2002)

Nəcəfli Aygün Azər qızı (2002)

Həsənov Ümüd İsmayıl oğlu (2001)

İmanova Gülər Adil qızı (1982)

Əkbərov Əziz Əkbər (2001)

Cəfərova Fizzə Mahmud qızı (1959)

Hüseynova Aynurə Adil qızı (1977)

Şəhriyarov Xüdaverdi Qəmbər (1967)

Alıxanov Elşən Röşən oğlu (2000)

Şahmali İlahə Ramil oğlu (2001)

Məmmədli Aygül Azər qızı (1994)

Behbudov Murad Hüseyn oğlu (2002)

Məmmədova Gülər Vidadi qızı qızı (1989)

Ibrahimov Şəhlar Abbas oğlu (1999)

Yaralıların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

* * *

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, iki yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

VƏTƏNDAŞ 2019-05-23 10:55:47

Allah ölənə rəhmət eləsin.YARALILARA ŞƏFA VERSİN.yollardaki bu terrora nə vaxt son qoyulacaq.MİLLƏT YOLLARDA QIRILİR buna son qoyulmalıdır

Son yazılar