Azərbaycan milli komandasının keçirəcəyi oyunlar - Avropa çempionatı

Bu ay 2016-cı il Avropa futbol çempionatının seçmə mərhələsi start götürür. Azərbaycan milli komandası H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Malta ilə mübarizə aparır. “Media forum” saytı yığmanın oyunlarının təqvimini oxucuların diqqətinə çatdırır:

9 sentyabr 2014: Azərbaycan - Bolqarıstan

10 oktyabr 2014: İtaliya - Azərbaycan

13 oktyabr 2014: Xorvatiya - Azərbaycan

16 noyabr 2014: Azərbaycan - Norveç

28 mart 2015: Azərbaycan - Malta

12 iyun 2015: Norveç - Azərbaycan

3 sentyabr 2015: Azərbaycan - Xorvatiya

6 sentyabr 2015: Malta - Azərbaycan

10 oktyabr 2015: Azərbaycan - İtaliya

13 oktyabr 2015: Bolqarıstan - Azərbaycan.

Seçmə mərhələdə 53 komanda 9 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncülər arasında ən yaxşı göstəricisi olan komanda Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə alacaq. Üçüncü pilləni tutan digər 8 komanda cütlüklərə bölünərək finala daha dörd vəsiqə uğrunda yarışacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar