Türkiyə İrandan qaz idxalını dayandırıb

“Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.

“ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,- nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb.

Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtonan səfər edib. Onlar artıq Prezident Donald Trampla görüşüblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar