"Azərbaycanın aparıcı bankları ilə digəriləri arasında fərq böyüyəcək" - "Moody's"

Son 3-4 il ərzində Azərbaycanın bank sektorunda baş verən hadisələr nəticəsində ölkənin 3 bankı (“PASHA Bank”, “Kapital Bank” və “Xalq Bank”) bazardakı paylarını 35%-dək artırıb.

ONA-nın xəbərinə görə bunu “Moody's”in Azərbaycan üzrə illik konfransında təşkilatın maliyyə bazarları üzrə analitiki Pyotr Paklin deyib.

Onun sözlərinə görə, bu sektor artıq üçüncü ildir ki, mənfəət yaradır, lakin bu mənfəət əsasən yuxarıda qeyd olunan üç bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaranır.

"Qalan banklar ümumilikdə dördüncü ildir ki, zərərlər yaradırlar", - deyə P. Paklin bildirib.

Ekspertin sözlərinə görə, sözügedən banklarla digərləri arasında mövcud olan fərq böyüyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar