Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyirlər

Dərc olunub: 23/05/2019 - 14:17

978b3710-2814-4f7f-9897-5d5a7d848f41Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər.

“Report” xəbər verir ki, bunu “Jamanak” yazıb.

“Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan “generallar” bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” – red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.

Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur – red.) da iştirak edib”, – yazıda qeyd olunub.








loading...


Fikrinizi bildirin