PREZİDENTDƏN SONRA ƏN YÜKSƏK MAAŞ ALAN ŞƏXS - 12 450 manat

Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə alır.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır.

Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əmək haqqı 7325 dollar və ya mövcud məzənnə ilə 12 450 manat səviyyəsindədir.

Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında Prezident İlham Əliyev Gürsel İsmayılzadəni Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Lakin maraqlıdır ki, Xarici İşlər Nazirliyin rəsmi saytında (link: - http://tokyo.mfa.gov.az/az/content/33) Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri olaraq Gürsel İsmayılzadənin adı qeyd olunub.

Şərhlər

EJDER 2019-05-23 15:25:38

MALADES......BUNLAR HAMISI BIZIM ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLMAYAN DAYANIQLI VA HEREKETLE INKIWAFINDAN IRELI GELER...BELKE BIR AZ...

Oxucu 2019-05-23 15:25:38

Tek Yaponiyadaki sefirimizdir beyem, xaricde bizi temsil Eden bir cox memurlarimiz yuksek maash alir. Eslinde bele de olmalidir. Qalani ise diger movzuya aiddir.

Son yazılar