"Moody's" neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb

2019-2020-ci illərdə neftin qiyməti 50-75 dollar səviyyəsində proqnozlaşdırır.

ONA-nın xəbərinə görə, bunu “Moody's”in Azərbaycan üzrə illik konfransında çıxış edən təşkilatın kredit siyasəti üzrə analitiki Denis Perevezentsev deyib.

Onun sözlərinə görə, WTI markalı neftin ortamüddətli qiyməti bir barel üçün 50-70 dollar arasında, Brent markalı xam neftin qiyməti isə 55-75 dollar arasında dəyişəcək.

"Son aylarda neft qiymətləri Venesuela və Liviyadakı geosiyasi vəziyyətdən, eləcə də İrandan neft idxal etmək hüququ ilə bağlı qeyri-müəyyənlikdən irəli gələn bir sıra amillərə görə bərpa olunub. Hesab edirik ki, yaxın gələcəkdə ABŞ lisenziyaları ləğv edə və ya idxal kvotalarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu, bizə proqnozları yenidən nəzərdən keçirmək üçün təkan verə bilər", - deyə analitik əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar