QMİ Avropa Şurasında təmsil oluna bilər - Video

QMIAvropa Şurasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi açıla bilər. Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni ilə görüşdə deyib.

ANS TV-nin məumatına görə, Şeyx bildirib ki, rəhbərlik etdiyi idarə böyük bir təcrübəyə malikdir və bu idarə bir çox məsələlərin həllində yaxından öz köməyini göstərə bilər. Avropalı rəsmi isə Şeyxin bu təklifini məmnunluqla qarşılayıb. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bəzi qüvvələr Azərbaycanı haqsız olaraq tənqid edir və burada vicdan azadlığının olmadığını qeyd edirlər.

Görüşdə iştirak edən Azərbaycandakı xristian və yəhudi dini icmalarının rəhbərləri ölkəmizdə insanların 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, digər dinlərə də hörmətlə yanaşıldığını, bir-birlərinin dini bayramlarını birlikdə qeyd etdiklərini, dini icmaların fəaliyyəti üçün geniş şərait yaradıldığını, dinlərin və millətlərin dinc və yanaşı yaşadıqlarını vurğulayıb.

Hacı Allahşükür Paşazadə bildirib ki, dünyanın müxtəlif yerlərində ayrı dinlərdən olan insanların öldürülməsi üçün sui-istifadə olunması məyusluq doğurur.

“Dünyanın müxtəlif yerlərində müsəlmanlar, xristianlar bir-birilərini öldürürlər. Bu biz dindarları narahat edir. Xüsusən Suriya, Fələstin və Ukraynada baş verən hadisələr və hələ də Qarabağ probleminin öz həllini tapmaması bizi çox narahat edir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Qarabağda bizim məscidlərimiz, müqəddəs yerlərimiz var. Bu gün o torpaqlarımızdakı dini-mədəni abidələr dağıdılır. Biz din xadimləri Qarabağın azad olunmasını, münaqişənin Azərbaycan sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasını istəyirik”- deyə şeyx qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar