Solovyov rusları da təhqir etdi -  Və cavabını aldı

Dərc olunub: 23/05/2019 - 17:55

10201649.306534.6418

Rusiyada çoxlarının jurnalistikaya, mətbuata ləkə saydıqları və ermənilərə az qala qadınsayağı sevgisi ilə seçilən aparıcı Vladimir Solovyov artıq rusları da təhqir etməyə başlayıb. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Solovyov bir neçə gün əvvəl Yekaterinburq şəhərində keçirilən etiraz aksiyasında iştirak edənləri “şeytanlar” və “şeytanların davamçıları” kimi ifadələrlə təhqir edib.

Xatırladaq ki, sözügedən şəhərin sakinləri mərkəzi küçələrin birində kilsə tikilməsinə etiraz ediblər. Etirazçılar kilsənin başqa yerdə tikilməsini və yaşıllığın məhv edilməməsini istəyiblər. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Bu hadisə Rusiyada böyük rezonans doğurub və tikinti planı təxirə salınıb.

Solovyov isə özünü din keşikçisi kimi göstərərək, aksiya iştirakçılarını təhqir edib. Baxmayaraq ki, keçirilən sorğunun nəticələrinə görə, şəhər əhalisinin 80 faizə yaxını mərkəzdə kilsə tikilməsinin əleyhinə olub.

Krasnodardan olan jurnalist Kiril Quryev isə Solovyovu xalqı təhqir etməkdə günahlandıraraq, onu “səthi və primitiv təbliğatçı” adlandırıb. Jurnalist ona ünvanladığı müraciətdə bildirib ki, Solovyovun bu cür qudurmasının səbəbi “indiyə qədər heç kimin onun dalına təpik vurmaması” ilə bağlıdır. İndi isə artıq bu vaxt çatıb və Solovyova yerini göstərməyə hazırdır.

Krasnodarlı jurnalist həmçinin Solovyovu cəsarəti çatırsa, onunla görüşməyə dəvət edib. O, bildirib ki, sözügedən aparıcı heç cür hörmətə layiq birisi sayıla bilməz və cəmiyyətin bütün düşünmə qabiliyyəti olan üzvləri ona ikrah hissilə yanaşırlar.
Solovyov isə krasnodarlı jurnalistlə görüşməkdən imtina edib və növbəti dəfə hansı kişilikdən uzaq keyfiyyətlərə sahib olduğunu ortaya qoyub.

AzPolitika.info












loading...


Fikrinizi bildirin