Silahlı Qüvvələrə 57 milyon manatlıq yardım

silahliYardım Fondunun hesabına 57 154 936 manat vəsait köçürülüb

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb.

ANS-in Müdafiə Nazirliyindən aldığı məlumata görə, 1 sentyabr 2014-cü il tarixinə kimi Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 57 154 936 manat, 211 791 ABŞ dolları, 593 avro vəsait köçürülüb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar